Braziliyalı keçmiş futbolçu Pele kimya terapiyası keçmək üçün xəstəxanaya yerləşdirilib.
SeherXeber.org xəbər verir ki, 82 yaşlı sabiq hücumçu bu məqsədlə San-Pauludakı Albert Eynşteyn xəstəxanasına yollanıb. Söhbət planlı müalicədən gedir. Müayinədə məqsəd veteran oyunçunun onkoloji vəziyyəti barədə informasiya almaqdan ibarətdir.
2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.