Aİ-nin xüsusi nümayəndəsi Ermənistan və Azərbaycana səfər edəcək



 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcək. 

SeherXeber.org ” xəbər verir ki, diplomat bu barədə öz Twitter səhifəsində yazıb.

“Brüsseldəki görüşlərdən sonra İzabelle Dümon (Fransanın Kipr və Ukraynadakı keçmiş səfiri – red.) və həmkarları ilə birlikdə Aİ və Fransanın birgə səfəri üçün bölgəyə qayıtmaqdan məmnunluq duyuram. Biz yaxın günlərdə Ermənistan və Azərbaycan rəhbərliyi ilə mənalı görüşlər gözləyirik”, - deyə o yazıb.

Mürtəza
SeherXeber.org