Mikayıl Cabbarov: "20 Yanvar xalqımızın mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir"



 

"20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir".

SeherXeber.org  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdəki hesabında yazıb.

"Şəhidlərimizi ehtiramla yad edirik", - deyə nazir əlavə edib.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.