Səfir: "Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür" - FOTO



 

SeherXeber.org xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün  "twitter" səhifəsində yazıb.

O bildirib ki, Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür: "Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm".