Malayziya xarici işlər naziri müavininin Azərbaycana səfər tarixi bəlli olub



 

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər Azərbaycana yanvarın 21-də gələcək.

SeherXeber.org xəbər verir ki, bu barədə Malayziyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Üçgünlük işgüzar səfəri çərçivəsində qonağın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.