Avropada qaz qiymətləri 900 dolların aşahı düşdü



 

SeherXeber.org xəbər verir ki, Avropada qaz fyuçerslərinin qiyməti hərracda min kubmetr üçün 900 dollardan aşağı düşüb

Bu kotirovkalar ötən həftə ərzində min kubmetr üçün 825-1130 dollar aralığında dəyişdi, çərşənbə günü təxmin edilən qiymət ilin əvvəlindən bəri ən aşağı qiymət oldu - demək olar ki, 885 dollar. Bununla belə, həftənin ikinci yarısında göstərici kəskin yüksələrək cümə günü 1025 dollara çatıb.

Bu ilin yazında Avropada qaz qiymətlərində əhəmiyyətli artım TTF indeksinə görə orta spot qiymətin min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişirdi. Oktyabrda 1000 dollar  həddini keçib. Dekabrın 21-də kotirovkalar hər min kubmetr üçün 2190,4 dollar olmaqla tarixi maksimuma çatdı, bundan sonra isə qiymətlər eniş fazasına keçdi.

Yanvar fyuçerslərinin hesablaşma qiyməti ötən ilin son günlərində yarıbayarı, dekabrın 30-da 1020 dollara düşüb, yanvarın birinci yarısında isə azalmadan artıma və əksinə qeyri-sabit dinamika nümayiş etdirib.

Mütəxəssislər yay və payız aylarında qazın qiymətinin qalxmasını bir neçə amillə əlaqələndiriblər: Avropanın yeraltı anbarlarının aşağı səviyyədə doldurulması (uzun soyuq qış və isti yaydan sonra), əsas təchizatçılardan tədarükün məhdudluğu və mayeləşdirilmiş təbii qaza yüksək tələbat.
Akif Nəsirli