Qadın heykəli çadrasız olduğuna görə söküldü



 

SeherXeber.org xəbər verir ki, İranın dövlət məmurları Şərqi Azərbaycan əyalətinin Leylan şəhərində "Sahib əz-Zaman" məscidinin önündə quraşdırılmış kişi və qadın heykəlini qadının "çadrasının olmaması" səbəbi ilə söküblər.

Daha öncə 2019-cu ildə məsul şəxslər Təbriz şəhərində quraşdırılmış balaca qız uşağının heykəlini də "hicabının olmaması" üzündən dağıtmışdılar.

Lakin Təbriz şəhərində əhalinin buna etirazından sonra balaca qız uşağının heykəli geyiminin uzadılaraq ayaqları tam şəkildə örtüldükdən və üzərinə daha başqa bir paltar geyindirildikdən sonra yenidən öz yerinə qoyulub.

İran rejiminin qadınlara qarşı belə düşmənçilik mövqeyi və davranışları dəfələrlə mediada öz əksini tapıb.
Akif Nəsirli