Əfqanıstanda zəlzələ baş verib - onlarla insan ölüb



 

SeherXeber.org xəbər verir ki, Əfqanıstanın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə yanvarın 17-də TASS France-Presse agentliyinə istinadən məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, UTC vaxtı ilə saat 11:40-da Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib.

Hesabatda zəlzələnin episentrinin Qalai-Nau şəhərindən 40 km şərqdə və 272 min nəfərə yaxın insanın yaşadığı Herat şəhərindən 141 km şimal-şərqdə yerləşdiyi bildirilir. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bundan əvvəl Sinxua agentliyi 12 nəfərin öldüyünü bildirmişdi.
Akif Nəsirli