Rusiyada ilk taxta hündürmərtəbəli bina tikiləcək



 

SeherXeber.org xəbər verir ki, ilk taxta hündürmərtəbəli binalar Rusiyada ilin sonuna qədər inşa ediləcək: “Kanadada, Avstraliyada, Almaniyada, Böyük Britaniyada, Fransada, Skandinaviya ölkələrində dörd, beş mərtəbəli taxta panel evlər tikilir. Belə evlər adi hündürmərtəbəli binalar kimi, ən azı 50 il dayana bilər.
Tikinti Nazirliyi çoxmərtəbəli taxtadan sənaye tipli yaşayış evlərinin tikintisi ilə bağlı qanunvericilik aktlarını yekunlaşdırır. Konstruktiv təhlükəsizlik standartları artıq mövcuddur. Yanğın təhlükəsizliyi ilə bağlı qanuna dəyişikliklər tezliklə təsdiqlənəcək.
Taxta yaşayış binalarının layihələri üzrə müsabiqənin nəticələrinə görə, artıq yaşayış binalarının beş layihəsi seçilib. Onlarla bağlı sənədləşmə işləri aparılır”.
Nigar