Ermənistanın "mina" cinayəti



 

SeherXeber.org xəbər verir ki, ANAMA Ermənistanın təqdim etdiyi mina xəritələri haqqında açıqlama yayıb.

ANAMA açıqlamasında bildirir ki, Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini özündə əks etdirir.

Qeyd edək ki, sözügedən ərazilərin minalandığı Azərbaycan tərəfinə xəritəsiz bəllidir. Ermənistan tərəfi digər ərazilərin minalanmasına dair onlarda xəritələrin olmadığını iddia edir. Bu isə o deməkdir ki, ərazilərimiz xəritə qeydiyyatı aparılmadan minalanıb. İşğalda olan ərazilərin xəritə qeydiyyatı aparılmadan minalanması isə beynəlxalq hüquqa ziddir və müharibə cinayəti hesab edilir. Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaların sırasına bunu da əlavə etməlidir.
Akif Nəsirli