Boksçu edam ediləcək



 

SeherXeber.org xəbər verir ki, İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında ölüm edam çıxarılıb.

İranda ölkə çempionu olmuş idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunur.

2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı.
Akif Nəsirli