Mavi işıqla bağlı xəbərdarlıq



 

SeherXeber.org xəbər verir ki, telefonlardan, televizorlardan və kompüterlərdən gələn  mavi işıq təhlükəlidir.
Doktor Alev Eken televiziya, telefon və kompüter kimi rəqəmsal cihazların süni günəş işığı yaydığını bildirib. Sağlam dəri üçün yalnız günəş şüalarından deyil, mavi işığın təsirindən də qorunmağın vacibliyini bildirən Eken deyib: “Mavi işıq gündəlik həyatımızda 7/24 yaşadığımız günəş şüasıdır. Əvvəllər təbii günəş işığından qorunduğumuz halda, indi bütün gün və hətta gecələr LED, floresan lampalar, smartfonlar, kompüterlər, televizor ekranları kimi süni günəş işığı yayan rəqəmsal cihazlarla, yəni mavi işıqla yaşayırıq.
Texnologiya əsrində tibbi cihazlardan tutmuş rəqəmsal texnologiya və işıqlandırmaya qədər süni mənbələrdən istifadə olunur. Çox yaxşı bildiyimiz ultrabənövşəyi şüalar Yerə çatan günəş şüalarının yalnız 5 faizini təşkil edir. Mavi işıq isə onun təxminən yarısını təşkil edir. Ultrabənövşəyi şüalardan daha yüksək enerjiyə malik olan mavi işığın hamısı yerə çataraq dərinin bütün təbəqələrini, dərin toxumaları, hətta ən kiçik həyat vahidi olan hüceyrə DNT-sini zədələyir.
Onun təsiri daha qalıcıdır.  Mavi işığın şüalarının dəri üzərində DNT zədələnməsi, işığa həssaslıq, yaşlanma və dəri xərçəngi kimi təsirləri var. Göz və beyindəki əsas mərkəz axşam saatlarında məruz qalan parlaq işıqları gündüz kimi qəbul edir. Bu, dərinin bioloji ritminin, gecə-gündüz dövrünün pozulmasına səbəb olur. Gecələr təmir və hüceyrə yenilənməsi həyata keçirilə bilməz və dərini toksinlərdən təmizləmək mümkün deyil.  
Dərimiz həyatımızın və sağlamlığımızın nəhəng güzgüsüdür.  Bütün müalicələrdə olduğu kimi mavi işığın zədələnməsinin qarşısının alınmasında ilk seçim işıqdan qorunmaqdır”.
Nigar