Bu ölkə Ukraynaya xüsusi təyinatlılarını göndərdi



 

Kanada Ukraynaya xüsusi təyinatlı qüvvələrinin kiçik kontingentini göndərib.

SeherXeber.org axar.az-a istinadən xəbər verir ki, belə bir addım Rusiya təcavüzünün qarşısını almaq və Ukrayna hökumətinə dəstək yollarını müəyyən etmək məqsədi daşıyır. Xüsusi təyinatlılara tapşırılan digər vəzifə Ukraynada vəziyyətin gərginləşdiyi təqdirdə kanadalı diplomatların təxliyəsidir.

Qeyd edək ki, daha əvvəl CBC kanalı Kanadanın Ukraynaya 200 əsgər göndərməsi barədə məlumat vermişdi.