Gecələr gələn səsin sirrini açmaq mümkün olmayıb



 

SeherXeber.org xəbər verir ki, Yunanıstanın Saloniki şəhərində təxminən 5 həftədir eşidilən sirli səsin sirri açılmayıb: “Selanik Bələdiyyəsi, Mülki Müdafiə Qrupları, Gündəlik Həyat və Təcili Müdaxilə qrupu gecə saatlarından səhərə qədər davam edən sirli səsi tapmaq üçün bütün axtarışlara baxmayaraq səsin mənbəyini tapa bilməyib.
Saloniki bələdiyyə sədrinin müavini Akis Arapoglou əsrarəngiz səsin şəhər üzərində sabit sürətlə davamlı təkrarlanan döyüntü kimi əks-səda verdiyini deyib: “Səs sanki bir meteorun dərinliklərindən gəlir, saatlarla davam edir. Nə etsək də səsin mənbəyini tapa bilmədik, gündüzlər şəhərin hay-küyündə səs itib gedir. Şəhər sakinləri dəli olmaq üzrədirlər, çünki bəzi məhəllələrdə vətəndaşlar səs-küydən yata bilmirlər”.
Saloniki Aristotel Universitetinin Geologiya şöbəsinin müdiri Kostas Papazachos isə deyib: “Səsin geoloji mənşəli olduğuna dair heç bir əlamət yoxdur. Ritmik döyüntülərlə eşidilən dövri səs 100 faiz insandır”.
Nigar