Türkiyədə zəlzələ oldu



 

Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib.

SeherXeber.org xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, yeraltı təkanlar Sarıoğlan rayonunda qeydə alınıb.

Zəlzələ 4,9 bal gücündə, 23,74 km dərinlikdə baş verib və ətraf rayonlarda da hiss olunub. 

Kayseri Büyükşəhər Bələdiyyəsinin başqanı Memduh Büyükkılıç tvitter hesabında açıqlama yayaraq, quruma dağıntılar və təlafat barədə məlumat daxil olmadığını bildirib.