Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb



 

Bu barədə SeherXeber.org a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.