Gəlininə gücü çatmaz deyə, arxadan çəkiclə vurdu - Bakıda rezonans olan qətl



 

Bakıda rezonans doğuran qətl hadisəsinin digər təfərrüatları məlum olub.

"Ölkə.Az" xəbər verir ki, məlum olduğu kimi, Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədi tapılıb.

Hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, 1946-cı il təvəllüdlü Babək rayon sakini Ä°dris Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

İş üzrə dindirilmiş Ä°dris Məhərrəmov bildirib ki, oğlu Fariz 2015-ci ildə Banu ilə ailə həyatı qurub. Həmin vaxtdan onlarla birlikdə yaşayıblar. 2016-cı ildə ilk övladları dünyaya gəlib. 2017-ci ildə Banu ilə Fariz arasında böyük narazılıqlar yarandığından gəlini Naxçıvana gedib. Atasının evində 4-5 ay qalandan sonra geri qayıdıb. 2018-ci ilin payızında ikinci övladları anadan olub. 

Ä°dris Məhərrəmovun iddiasına görə, bundan sonra Banu daha da aqressivləşib və digər ailə üzvləri ilə yanaşı onunlada söyüşlə danışmağa başlayıb. Mübahisələr tez-tez baş verdiyindən narazılıqlar böyüyüb. Banunun davranışlarına görə öz qızları evlərinə qonaq gələ bilməyiblər. 
2020-ci ilin yanvar ayında Fariz arvadını yataq otağında başqa kişi ilə telefonda danışanda tutub. Lakin sonuncu telefonun kodunu söyləmədiyi üçün kiminlə danışdığını öyrənə bilməyib. 
Oğlu Kanadaya getdikdən 5 ay sonra arvadı (qayınana) Bülbül Məhərrəmova gəlinin başqa şəxslə telefonla danışdığını müəyyən edib və bu barədə ona deyib. 

2021-ci il yanvarın 17-də gəlin arvadı ilə mübahisə edərək ona "sən burda yaşamayacaqsan, evi boşalt, səni görəndə əsəbləşirəm" deyib. Buna görə səhərsi günü yoldaşı qızının evinə çıxıb gedib. Həmin gündən o, kənar şəxslərlə görüşməsinin qarşısını almaq məqsədi ilə Banuya darvazadan çölə çıxmağa icazə verməyib. 

Yanvarın 25-i saat 18:00 radələrində evə gələndə həyətlərində Banu ilə bir nəfər tanımadığı oglanın söhbət etdiklərini görüb. Oğlandan kim olduğunu soruşanda o özünü itirərək cavab verməyib. Banu tez oğlanın qarşısına keçərək onun dayısı oğlu olduğunu deyib. Ä°radını bildirdikdə gəlini onun şəxsi həyatı olduğunu söyləyib. Sonra isə "xoşun gəlmir, sən də get arvadının yanına" deyib. 

Ä°dris Məhərrəmov ifadəsinin davamında bildirib ki, səhərsi gün saat 8 radələrində yuxudan oyanıb, nəvələrinin paltarlarını dəyişib onlara yemək verib. Banu həmin vaxt öz otağında yatıb. 
Nahardan xeyli keçsə də, gəlinin uşaqlara hələ də yemək verməməsi onu daha da əsəbləşdirib. Qonaq otağında oturan Banu "bu evdə bir kişi yoxdur ki, məni başa düşsün. Mən də gəzmək istiyirəm. Kefim istəsə, gedəcəyəm. Mənim heç kimdən asılacağım yoxdur" söyləyəndə əsəbləşib və onu öldürməyi qərarlaşdırıb. 

Bunun üçün uyğun zaman seçib. Arvadının evdə olmamasından və azyaşlı nəvələrinin digər otaqda başlarının telefonla oynamağa qarışmasından istifadə edib, həyətə çıxaraq masanın üzərindəki çəkici götürərək evə qalxıb. 

Gəlini Banu Məhərrəmovanın fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edib. Arxa tərəfdən yaxınlaşıb, baş nahiyəsindən iki zərbə vurub.

Yerə yıxılan Banu Ä°dris Məhərrəmova, “ata neyləmişəm ki, məni vurdun?”, - deyərək aman diləyib. Amma Ä°dris Məhərrəmov buna əhəmiyyət verməyib.

O, Banu Məhərrəmovanı sürüyərək zirzəminin qarşısına gətirib. Burada isə onun qarnına bıçaqla 6-7 dəfə zərbə endirib. Öldüyündən əmin olduqdan sonra arvadına zəng edərək nəvələrini gəlib aparmasını deyib. Bir qədər sonra yolda arvadı ilə görüşərək uşaqları ona verib lakin törətdiyi əməl barədə ona heçnə deməyib. 

Evə qayıdandan sonra bıçaqla Banunun sağ qolunu çiyin hissədən kəsib ayırıb. Zirzəmidən 5 ədəd torba götürüb meyitin yanına gəlib. Cəsədi belə vəziyyətdə apara bilməyəcəyini anlayıb qarın boşluğunu bıçaqla tikələrə ayırıb kisələrə yığıb. Onurğanı bıçaqla kəsə bilmədiyindən kiçik balta götürüb hissələrə ayırıb. Bədənlə başın torbaya yerləşmədiyini görüb başını balta ilə vurub ayırıb. Dizdən hər iki ayağı qoparıb qolları ilə birlikdə kisəyə qoyub. Meyitin baş hissəsinə baxıb əsəbləşdiyi üçün hər iki qulağını və burnunu kəsib, üzünün dərisini soyub sonra bıçaqla gözlərini çıxarıb. 

İdris Məhərrəmovun meyit üzərində bu cür xüsusi amansızlıq göstərməsi, üz dərisini soymasında məqsədi meyitin kimə məxsus olmasını gizlətmək olub.

Təxminən 2-3 saat vaxt sərf etdikdən sonra torbaları özünə məxsus maşına qoyub. Saat 20:00 radələrində maşını ilə Nəsimi rayonu ərazisindəki zibil qutularının yanına gəlib. Hər qutuyu 5 ədəd torba həmçinin cinayətin alətlərini atıb.

Daha sonra arvadı və nəvələrini götürmək üçün 6-cı mikrorayona yollanıb. Yoldaşı gəlinin onu görüb yenə danışacağını söyləsə də, birlikdə evə getmələrini deyib. Evə çatandan sonra arvadına Banunu öldürdüyünü deyib. 

Məhkəmə prosesi zamanı Ä°dris Məhərrəmov itiham üzrə özünü təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə İdris Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq
Ölkə.Az