İpoteka üçün limitlər ayrıldı



 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
 
Bu barədə SeherXeber.org-a İKZF-dən məlumat verilib.
 
Bildirilib ki, limitlərin aktivləşdirilməsi 17 yanvar 2022-ci il tarixində saat 11:00-da başlayacaq.
 
Səfurə