Küveytin ən böyük neft emalı zavodu yanır



 

SeherXeber.org xəbər verir ki, Küveytin Milli Neft Şirkətinin Twitter hesabından edilən yazılı açıqlamada Əl-Əhmədi neft emalı zavodunda qaz mayeləşdirmə qurğusunun təmiri zamanı yanğının baş verdiyi bildirilib.

Bildirilib ki, neft şirkətinin “fövqəladə tədbirlər planı”nı qüvvəyə minib, lakin yanğın zamanı 10 işçi xəsarət alıb.

Milli Neft Korporasiyası daha sonra növbəti bəyanat yayaraq, "yanğının tamamilə nəzarət altına alındığını" elan etdi.
Akif Nəsirli