Saxta pul satan şəxs saxlanıldı - FOTO



 

SeherXeber.org xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Dekabr ayının 24-də Bərdə rayon sakini Ş.Səmədov RPŞ-yə müraciət edərək “Mal bazarı” adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.

Saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.

Şahnaz Salehqızı