14 nəfər isə vəzifəsindən azad edilib
“Azəriqaz” İstehsalat Birliyində az da olsa neqativ hallar var və bunlarla mübarizə aparılır”.
Seherxeber.org xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, 2021-ci ildə abonentlərlə bağlı olan məsələlərlə əlaqədar 990 nəfərə töhmət verilib: “122 nəfərə sonuncu xəbərdarlıq, 125 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 220 nəfərin isə əməkhaqqısının dörddə bir hissəsi tutulub. 14 nəfər isə vəzifəsindən azad edilib”.
Ruslan Əliyev qeyd edib ki, bu addım sırf ictimaiyyətdən, media və sosial şəbəkələrdə birliyə daxil olan müraciətlərin araşdırılmasından sonra atılıb: “Smart-kart tipli sayğaclar istehsalatdan mütləq çıxacaq”.
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, əhali abonetlərindən 1 142 413 nəfər real olaraq 1200 kubmetri güzəştli limit həcmini keçməyiblər. Lakin, ötən il tarif dəyişikliyinin hesablamaya müəyyən qədər təsir etdiyini də vurğulayan Ruslan Əliyev əlavə edib ki, bir digər göstəriciyə görə 52,5 faiz abonent aşağı limitdən istifadə edib:
“Bu isə 1 262 820 abonentin qazdan 1200 kubmetr daxilində aşağı tariflə istifadə etdiyini göstərir. Lakin, düşünürəm ki, daha düzgünü – 1 142 413 nəfər, yəni abonentlərin 47 faizinin güzəştli limitdən istifadə etməsidir. 2021-ci ilin dekabr ayında “Azəriqaz” İB-nin 2 400 000-ci abonenti qeydiyyata alınıb.”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, bu, ilin sonuna təsadüf etdiyi üçün tədbiri həyata keçirmək mümkün olmayıb, lakin növbəti həftə abonent ilə görüş keçiriləcək: “Həmin abonentə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi hədiyyə təqdim olunacaq. Beləliklə, bu günə olan ümumi abonentlərimizin sayı 2 442 030 nəfərdir. 2021-ci ildə 83 330 yeni abonent qeydiyyata alınıb. Onlardan 80 567-si əhali, 2 763 qeyri-əhali, sənaye üzrə qeydə alınıb”.
seherxeber.org