Avropanın mərkəzində "Məhəmməd" ən çox yayılmış kişi adı oldu



 

2021-ci ildə Belçikanın və Avropa Birliyinin paytaxtı Brüsseldə ən çox  yayılan ad Məhəmməd adı olub.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Belçikanın Statbel statistika agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, 2021-ci ildə Brüsseldə 13 595 nəfər Məhəmməd adında qeydiyyatdadır ki, bu da siyahıda ikinci yerdə qərarlaşan Jan adlı kişilərdən (6 089) iki dəfə çoxdur. 

Ümumilikdə Belçikada ən populyar kişi adı Jean (65886), sonra Mark (63436) və Patrik (50917) olub. 

Məhəməd adı isə  Belçikada ən çox yayılan adlar siyahısında doqquzuncu (34862 nəfər) yerədir.

Bundan əlavə Məhəmməd adı 2020-ci ildə Belçikada doğulan oğlanlar arasında ən populyar adlar siyahısında olub. Doğulan 345 nəfərə Məhəmməd adı qoyulub ki, qoyulan adlar sırasına əsasən onuncu yerdədir.

Qadın adları arasında 2021-ci ildə Belçikada ən çox yayılmış adlar Maria (116 317), Mari (92 827) və Martin (40 550) olub.

Mürtəza
SeherXeber.org