Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft nəqlini azalacaq



 

SeherXeber.org xəbər verir ki, gələn ay Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracının yanvar ayı ilə müqayisədə azalacağı gözlənilir. .

Fevralda Azərbaycandan Türkiyənin Ceyhan limanına xam neft ixracının həcmi yanvarda 17,27 milyon barelə qarşı 14,72 milyon barel səviyyəsində müəyyən edilib.

Operator Bakı-Tbilisi-Ceyhan BP-nin məlumatına görə, boru kəməri istifadəyə verildiyi gündən bu yana neft ixracının ümumi həcmi 500 milyon tona çatıb.

Bakı-Tbilisi-Ceyhanın ümumi uzunluğu 1768 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisindən, 249 km-i Gürcüstan ərazisindən, 1076 km-i Türkiyə ərazisindən keçir. Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanmış və 2005-ci il mayın 18-də neftlə doldurulmuşdur.
Akif Nəsirli