Azərbaycanlı futbolçu Mahir Emreli Polşanın “Legiya” klubunun ən yaxşı əcnəbi futbolçusu seçilib.
SeherXeber.org xəbər verir ki, bu barədə klubun rəsmi saytında qeyd olunub.
Həmyerlimiz azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən 42 faiz səsə yiyələnib.
İkinci Filip Mladenenoviçə 39 faiz, üçüncü Tomaş Pexarta isə 19 faiz azarkeş səs verib.