Rektor İbrahim Cəfərov qanunlara niyə əməl etmir?



 

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq” fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova tərəfindən redaksiyamıza müraciəti daxil olub.
“Aqronomluq” fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu qanunları pozaraq, tələm-tələsik şəkildə seçki keçirmək adı altında “Aqronomluq” fakültəsinə Musa Bayramovu dekan gətirməsindən narazılığını bildirib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun qanunu pozuntuları ilə bağlı “Aqronomluq” fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İNAM KƏRİMOVA, Gəncə şəhər Prokuroru cənab AZAD QARAYEVƏ də müraciət etmişdir.
ADAU-nun Aqronomluq fakültəsinin professor-müəllim heyəti adından İzabella Teymur qızı Qasımova tərəfindən göndərilən müraciəti olduğu kimi oxuculara təqdim edirik:


“Çox hörmətli, cənab Prezident,

Məlumdur ki, pandemiya şəraitinə görə ali məktəblərdə müxtəlif vəzifələrə seçkilərin keçirilməsi prosesi müvəqqəti olaraq dayandırılmışdır. Bununla bağlı olaraq, 2020-ci ilin sentyabr ayında ali təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərin keçirilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun imzaladığı 23.09. 2020-ci il tarixli, 03-11-1022/1 saylı rəsmi məktub göndərilmişdir.
Həmin məktubda deyilir: “Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu, gizli səsvermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra cətinliklər yaranır. Bununla əlaqədar bildiririk ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu tipli seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salinır”
Lakin Azərbaycan Dövlət Aqrar Universitetində Təhsil Nazirliyinin bu məktubu qulaq ardına vurulur. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində hal-hazırda “Aqronomluq” fakültəsinə dekan seçkisi elan olunub. Bu barədə elan “Respublika” qəzetinin 21.09.2021 tarixli 201 (7097) saylı nömrəsində dərc edilmişdir. ADAU rektoru İbrahim Cəfərovun qanunları pozaraq bu seçkini tələm-tələsik şəkildə keçirilməsində məqsəd, fakültə dekanı vəzifəsinə dosent Musa Bayramovu gətirməkdir. Kimdir, Musa Bayramov? Bu barədə bir az ətraflı yazaq.
Musa Bayramov nəinki dekanlığa, hətta müəllim adını daşımağa belə layiq deyil. Rektora qeyd-şərtsiz itaət edənlərdən biridir, bu yaxınlarda təzəcə kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlıdır.
Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaiti kimi çap etdirib. İllər əvvəl isə üstü açıldığına görə kafedra müdirliyindən qovulub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına da (AAK) məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz rektor İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib.
Ümid edirik ki, belə məsələlərə ciddi yanaşılacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələr ləğv olunacaq. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.
Musa Bayramovun adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər bu şagirdlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir.
Bir neçə ay bundan əvvəl Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir sakini Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və abituriyenti ora qəbul etdirməyi vəd etmişdir. Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq. Qısa desək, Musa Bayramov Dövlət İmtahan Mərkəzinin nüfuzuna ləkə gətirməklə məşğul olur.
ADAU-da saxta elmi adların paylanmasından tutmuş adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara saxta yollarla maaş yazılır. Təsəvvür edin ki, rektor İbrahim Cəfərov şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib.
“Ekologiya” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr aparılıb və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər.
Aşkar saxtakarlığı isə kafedra müdiri, eləcə də bu günlərdə İbrahim Cəfərov tərəfindən dekan təyin ediləcək plagiat dosent Musa Bayramov həyata keçirib. Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır.
Bundan başqa həmin kafedranın “qiyabiçi” müəllimi, hazırda Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan bu dövlət məmuruna da illərdir maaş yazılıb və jurnallardakı imzasını Musa Bayramov atıb. “Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var.
Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Amma illərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır. ADAU-da “sosial yardım” alanlar sırasında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də yer alıb. Tarix kafedrasından 0,5 ştat vahidi maaş alan millət vəkili bir saat belə dərs deməyib,onun buna heç vaxtı da yoxdur.
Bütün bunlar azmış kimi, Musa Bayramov saxta diplom satışı ilə bərabər, civə və narkotik maddələrin satışı ilə də məşğul olur. Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub.
Bir neçə gün bundan əvvəl isə universitetdə keçirilən iməcilik vaxtı Musa Bayramov hal-hazırda Aqronomluq fakültəsinin dekanı vəzifəsini icra edən xanıma deyib: “Birdən çaşar dekan vəzifəsinə sənəd verərsən. Özünü dekan kimi aparırsan. Ağıllı ol, haaa. Dekan özüm olacam. Pulunu da vermişəm bu işin. 10000 manat vermişəm. Prezident Aparatında işləyən qohumum Fərman müəllim də tapşırıb”.
Maraqlıdır, narkotika alverçisi, saxta diplom satan, saxta tələbə qəbulu ilə məşğul olan, məişət pozğunu olan bir adamdan dekanmı olar? ADAU rektoru bu şəxsi hansı parametrinə görə dekan seçmək istəyir. Bu adamın dekan seçilməsi ADAU rektoruna baş ucalığı gətirməz.
ADAU-da bu vəzifəyə layiq kifayət qədər kadrlar var. Təəssüf ki, rektor bunu istəmir. Rektor hər vasitə ilə Musa Bayramovu dekan seçmək istəyir. Rüşvətxor, bütün elmi əsərləri plagiatdan ibarət olan, vaxtı ilə civə və narkotik vasitələr alveri lə məşğul olan Musa Bayramov isə nəinki dekanlığa, hətta müəllim vəzifəsinə belə layiq deyil.

Cənab Prezident,

ADAU-dakı bu özbaşınalıqların qarşısını almağı Aqronomluq fakültəsinin professor-müəllim heyəti adından Sizdən xahiş edirik.
Hörmətlə, Aqronomluq fakültəsinin professor- müəllim heyəti adından
İzabella Teymur qızı Qasımova

SeherXeber.org