Çin diplomatik boykotdan danışan siyasətçiləri Olimpiadaya dəvət etməyəcək



 

Çin diplomatik boykotdan danışan siyasətçiləri 2022-ci il Qış Olimpiya Oyunlarına dəvət etmək fikrində deyil.

Hazırda daha çox Amerika və Britaniya siyasətçiləri Pekin Olimpiadasını diplomatik yolla boykot etməyə çağırırlar. Onlar Çini insan haqlarının pozulmasında, xüsusən də uyğurlara qarşı zülmdə ittiham edirlər.

Əgər diplomatik boykot tətbiq edilərsə, həmin dövlətlərin hökumət rəsmiləri Oyunlara gəlməkdən imtina edəcəklər. Lakin idmançılar yarışlarda iştirak edə biləcəklər.

Qeyd edək ki, Pekin Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.

Mənbə: Sports.ru