Ramos Messinin “Qızıl top”a namizədliyi barədə: “Hər zaman komanda yoldaşlarımı dəstəkləyəcəm”



 

PSJ-nin müdafiəçisi Serxio Ramos Lionel Messinin “Qızıl top”u qazanmaq şanslarını qiymətləndirib.

“Lionel PSJ-nin heyətində çox vacib oyunçudur. O, unikal futbolçudur. Komandada belə futbolçunun olması üstünlükdür. Mən hər zaman komanda yoldaşlarımı dəstəkləyəcəm. Ona uğurlar arzu edirəm”, - deyə S.Ramos bildirib.

Xatırladaq ki, mükafatın təqdim olunma mərasimi bu gün Parisdə keçiriləcək.

Mənbə: Sports.ru