Ukrayna prezidentinin ofisi Ərdoğanın təklifini dəstəkləyir



 

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Türkiyə lideri Rəcəb Ərdoğanın Kiyev və Moskva arasında vasitəçilik təklifini dəstəkləyib.

Bu barədə “Vesti.ua” “Telegram” kanalı məlumat yayıb.

Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ankaranın mövqeyi həmişə xüsusi şəkildə əsaslandırılır və digər oyunçular tərəfindən nəzərə alınır.

“Biz prezident Ərdoğanın bu fəaliyyətini çox yüksək qiymətləndiririk və minnətdarıq. Rusiya tərəfinin Türkiyə prezidentinin vasitəçilik səylərini rədd etməməsi daha düzgün olardı”, - deyə Podolyak bildirib.

Qeyd edək ki, Ərdoğan Türkiyənın Rusiya və Ukrayna arasında potensial münaqişənin həlli ilə bağlı vasitəçiliyə hazır olduğunu bəyan edib.