Cəbraildə inşaatçı minaya düşdü



 

SeherXeber.org xəbər verir ki, Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşüb.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedov təmir-tikinti işləri apararkən minaya düşüb.

Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
A. Nəsirli