İrandakı məktəblərdə birində qaz sızması baş verib



 

SeherXeber.org xəbər verir ki, İranda məktəbdə qaz sızması nəticəsində onlarla məktəbli və müəllim zəhərlənib.

İranın Kaşan şəhərində məktəblərdən birində qaz sızması baş verib.

Bu barədə İranın Təcili Tibbi Yardım və Urjans Təşkilatının sözçüsü Müctəba Xalidi məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 28 şagird və məktəbin 10 işçisi zəhərlənib. 

Xalidi əlavə edib ki, vəziyyəti nisbətən yüngül olan 8 şagird ambulator müalicədən sonra evə buraxılıb, 20 şagird isə xəstəxanaya yerləşdirilib.
Akif Nəsirli