İki hərbi imiz minaya düşüb



 

SeherXeber.org xəbər verir ki, Füzuli rayonunun Şükürbəyli kəndində Daxili Qoşunların iki hərbçisi piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

Minaya düşmüş hərbçilərimizin ayaqları ambutasiya edilib, onlar həkim nəzarəti altındadırlar.

Faktla bağlı araşdırma aparılır.
A. Nəsirli