Bakıda məşhur restoranda ölüm



 

Bakıda restoranda ölüm hadisəsi baş verib.

SeherXeber.org-un məlumatına görə, hadisə Səbail rayonunda yerləşən “Mangal Steak House” restoranında qeydə alınıb. Orada qonaq olan 81 yaşlı Rüfət Əsədov qəfildən ölüb. 

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.