Evra Messini “Qızıl top”u qazandığına görə təbrik etdi - FOTO



 

Fransa millisinin sabiq futbolçusu Patris Evra PSJ-nin hücumçusu Lionel Messini yeddinci “Qızıl top”u qazanması münasibətilə vaxtından əvvəl təbrik edib.

O, “Instagram”da Leo ilə fotosunu yerləşdirərək “Messini daha bir “Qızıl top” qazanması münasibətilə təbrik edirəm”, - yazıb.

Xatırladaq ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi noyabrın 29-da baş tutacaq.