Məşhur rusiyalı bəstəkar-müğənni öldü



 

Məşhur rusiyalı bəstəkar və müğənni Aleksandr Qradski vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Qradski 73 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Daha əvvəl Rusiya mətbuatı məşhur incəsənət adamının insult səbəbindən xəstəxanaya yerləşdirildiyi haqqında xəbər yaymışdı.

Qeyd edək ki, musiqiçinin səhhətinin sentyabr ayında koronavirusa yoluxduqdan sonra sürətlə pisləşdiyi yazılırdı.

Mənbə: RİA