“Moderna” şirkəti “Omikron” ştammı üçün yeni vaksin yaratmaq niyyətindədir



 

ABŞ-ın “Moderna” şirkəti SARS-CoV-2 koronavirusunda orqanizmi yeni mutasiyalardan (bu yaxınlarda kəşf edilmiş “omikron” ştammı kimi) daha yaxşı qoruya bilən daha güclü buster vaksin üzərində işləyir.

Bu barədə şirkətin press-relizində deyilir.

Yeni vaksin mRNA-1273.529 kimi qeydiyyatdan keçəcək.

Şirkət həmçinin qeyd edib ki, onlar multivalent buster vaksin üçün iki namizədi araşdırırlar.

Belə ki, “Moderna” yeni ştama qarşı artıq istifadə edilmiş buster peyvəndin artan dozasını tətbiq etmək imkanını sınaqdan keçirmək niyyətindədir. Sınaqların nəticələri yaxın bir neçə həftə ərzində məlum olacaq.

Mənbə: TASS