Təzə başlayan şəkərli diabetin xarici əlamətləri açıqlandı



 

Yeni başlayan şəkərli diabetin simptomları ovuclarda xarici dəyişikliklərlə müəyyən edilə bilər.

Bu barədə rusiyalı endokrinoloq Yelena Syuraşkina məlumat verib.

Həkimin sözlərinə görə, qanda şəkərin təhlükəli səviyyədə olması ilə əllərin dərisi qalınlaşır və biləklərin bükülmə funksiyası pozulur. Sərt əl sindromu diabetli insanların 30 faizinə qədər təsir edə bilər.

Digər əlamət əllərin uyuşmasıdır. Diabet xəstələri tez-tez ovuclarını tam olaraq aça bilmirlər, barmaqlar tam düz vəziyyətdə olmur. Kiçik barmaqdan baş barmağa doğru sindrom meydana gəlir. Əvvəlcə uyuşma və arabir sancma hiss olunur, sonra sərtlik başlayır.

Mənbə: Pyatıy kanal