Kəlbəcərin azad edilməsindən bir il ötdü



 

SeherXeber.org xəbər verir ki, Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən bir il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Və budur, 27 il sonra Kəlbəcərimiz azad oldu.

Eşq olsun Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə!
A. Nəsirli