Messinin Braziliyaya qarşı oynayacağı dəqiqləşdi
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Messinin Braziliyaya qarşı oyunda iştirakı məsələsinə aydınlıq gətirib.
O, PSJ futbolçusunun sambaçılarla qarşılaşmada meydanda olacağını açıqlayıb.
Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin iki oyununu buraxıb.
Yığmanın Uruqvayla son matçında isə o, yalnız 76-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Braziliya-Argentina matçı noyabrın 17-də keçiriləcək.
Mənbə: Sports.ru