Nikolay Zamikula: “Ermənistanı de-fakto Rusiya Federasiyasının Federal Dairəsi adlandırmaq olar”



 

 

“Vəziyyəti rasional qiymətləndirsək, Ermənistanın Azərbaycanla hərtərəfli siyasi saziş bağlaması faydalı olardı. Bunsuz Ermənistan dövlətinin real müstəqillik şansı yoxdur”.

Bunu -ın suallarını cavablandıran Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti Nikolay Zamikula Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən, artıq üçüncü üçtərəfli bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan onsuz da uzun illər blokadadadır, belə ki, ölkəni 20 il korrupsioner “Qarabağ klanı” idarə edib.

“Xüsusilə Ermənistanın öz subyektivliyini itirdiyini və Rusiya Federasiyasının peykinə çevrildiyini nəzərə alsaq, bu dalandan yeganə çıxış yolu qonşularla münasibətlərin normallaşdırılmasıdır”, - deyə ekspert əlavə edib.

Müsahibin sözlərinə görə, hazırda əsas məsələ, Ermənistan tərəfinin təhlükənin miqyasını nə qədər başa düşdüyüdür.

“İrəvanda nə qədər “Türkiyə təhlükəsi”ndən danışılsa da, onlar üçün əsas təhlükə Rusiyanın təsirinin güclənməsidir. Ölkə artıq demək olar ki, Rusiyanın bir növ törəməsinə çevrilib. Hələlik de-yure olmasa da, de-fakto bu dövləti Rusiya Federasiyasının Ermənistan Federal Dairəsi adlandırmaq olar. Belə bir şəraitdə İrəvanı hər hansı danışıqların müstəqil iştirakçısı hesab etmək olarmı? Qərar İrəvanda deyil, Moskvada və yalnız Rusiya Federasiyası üçün faydalı olduqda veriləcək”, - deyə Nikolay Zamikula vurğulayıb.

Nair Əliyev