Kanalizasiya çuxurundan çıxan qatı tüstü sakinləri təşvişə saldı - FOTO



 

Türkiyənin Diyarbəkir şəhərində kanalizasiya çuxurundan çıxan tüstü sakinlərin təşvişinə səbəb olub.

Hadisənin şahidləri dərhal bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Bir müddət sonra tüstünün qarşısını almaq mümkün olub.

Hadisə yerinə dəvət edilən mütəxəssislər pis qoxu ilə müşahidə olunan tüstünü mənbəyini araşdırıblar.

İlkin qənaətə əsasən, tüstü zavodlardan kanalizasiya xəttinə axıdılan müxtəlif kimyəvi maddələrlə əlaqədardır.

Mənbə: “Haber 7”