Pele: “Yenidən futbol oynamağa hazıram” - VİDEO


18
 

 

Braziliya millisinin heyətində üç qat dünya çempionu olan Pele əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlamaları verib.

“Tanrıya şükürlər olsun, özümü yaxşı hiss edirəm, daha yaxşıyam və hətta bazar günü futbol oynamağa da hazıram”, - deyə futbol veteranı qızının sosial şəbəkə hesabında paylaşılan videomüraciətdə bildirib.

Qeyd edək ki, Pele üç qat dünya çempionu ünvanına sahib yeganə futbolçudur. O, 1958, 1962 və 1970-ci illərdə Dünya çempionu olan millinin heyətində yer alıb.

Mənbə: Tvzvezda.ru