ABŞ sərhədlərini peyvənd olunanlar üçün açır


16
 

ABŞ hökuməti ölkəyə səyahət məhdudiyyətlərini aradan qaldırır.

Müvafiq qərar koronavirusa qarşı tam vaksinasiya olunmuş xarici vətəndaşlara şamil olunacaq.

Məlumata əsasən, peyvənd olunanlar üçün mövcud məhdudiyyətlər notabrın 8-dən etibarən ləğv ediləcək.

Qeyd edək ki, ABŞ hökuməti sözügedən tədbirləri hələ ötən ilin mart ayında tətbiq etmişdi.