Gəncə Dövlət Universitetinin prorektoru vəfat edib



 

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu bu gün uzun sürən xəstəlikdən vəfat edib.

APA xəbər verir ki, o, uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, F.Məmmədov 1950-ci ildə anadan olub. O, 2014-cü ildə prorektor vəzifəsinə təyin olunub.