“Taliban” Əfqanıstanda yeni Ali Məhkəmə formalaşdırıb - FOTO



 

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” daha bir struktur islahatı həyata keçirib.

Belə ki, ölkədə yeni Ali Məhkəmə formalaşdırılıb.

Müvafiq xəbər hərəkatın nümayəndəsi Əlhənəfi Vardakın sosial şəbəkə səhifəsindən yayılıb.

Bildirilib ki, yeni Ali Məhkəməyə şeyx mövləvi Əbdül Hakim Həqqani rəhbərlik edəcək.