Vətən Müharibəsi şəhidi Rövlan Məmmədovun anım günü qeyd olunub – FOTO


20
 

Oktyrabrın 15-də şəhid Məmmədov Rövlan Qurban oğlunun anım günü ilə əlaqədar oxuduğu Xətai rayonu 194 nömrəli tam orta məktəbdə tədbir keçirilib. 

Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, ailə üzvləri və qohumlatı iştirak edib. 

Sonra  şəhidin xatirəsinə yaradılmış xatirə bulaq kompleksi və  məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Çıxış edənlər bildiriblər ki,  Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.

Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub.

Şəhidin anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.