Erməni mətbuatı Azərbaycana qarşı mənfur siyasətini davam etdirir



 

SeherXeber.org xəbər verir ki, erməni mətbuatı Azərbaycana qarşı ittiham dolu yazılar yayımlamağa davam edir. Məqalədən bəzi hissələr: “İnanın ki, Azərbaycan gec-tez qoşunlarını Ermənistan ərazisindən çəkmək və işğal altında olan Artsaxın bütün ərazilərini geri qaytarmaq məcburiyyətində qalacaq.

Bakıda kimsə müharibənin bitdiyinə ciddi şəkildə inanır?! Əgər belədirsə, onun sadəlövhlüyünə heyran ola bilərsiniz. Baxmayaraq ki, düşmən heç də sadəlövh deyil. Uzun illər və hətta onilliklər ərzində bizə hücum etməyə hazırlaşırdı. Yeri gəlmişkən, bunu artıq hamı - ABŞ, Fransa, Rusiya, İran tanıyıb. Türkiyə-Azərbaycan tandeminin inkar etmək cəhdləri vaxt itkisidir və onlarla sülh danışıqlarının mənasızlığının daha bir sübutudur.

Bizə xəyanətlə hücum edərək minlərlə oğlanımızı öldürənlərlə nə cür sülh ola bilər?! Artsaxın üçdə-ikisini işğal edən və Stepanakerti ələ keçirməklə hədələyənlərlə nə cür sülh ola bilər?! Qoşunlarını Ermənistan ərazisinə gətirən və həyasızcasına geri çəkilməyənlərlə nə cür sülh ola bilər?! İrəvana və digər şəhərlərimizə

iddialarını açıq şəkildə bəyan edənlərlə nə cür sülh ola bilər?!

Azərbaycan bizi daim təhdid edir, bir növ “dəmir yumruq” göstərir. Bu ölkənin prezidenti daim Ermənistanı, onun indiki və keçmiş liderlərini aşağılayan bəyanatlar verir. Eyni zamanda, rəsmi Bakı “dəhliz” deyilən mifik layihəni zorla torpaqlarımızdan keçməklə təhdid edir. Belə bir qonşuyla nə cür sülh ola bilər?!

Kilsələrimizi “Alban” kimi təqdim edərək, bütün erməni mədəni irsini məhv edən Azərbaycanın Ermənistandan bir növ “təzminat” tələb etmək cəsarəti var. Barbarları ifşa edəcəyinin məğlub bir hərəkət olduğunu anlamadan beynəlxalq məhkəmələrə müraciət edir. Buna baxmayaraq, bu addım həm də Azərbaycanda hələ heç nə anlamadıqlarını, orada eyforiya içində olduqlarını sübut edir.

Artıq beynəlxalq məhkəmələrdə o bizə uduzur. Xüsusilə, Bakıdakı parkda hərbçilərimizin bütün eksponatları yığışdırılıb. Ən əsası, Azərbaycan qoşunlarını Ermənistan ərazisindən göndərmək və işğal altında olan Artsaxın bütün ərazilərini geri qaytarmaq məcburiyyətində qalacaq. Zorla və ya istəyərək, başqa yolları yoxdur”.

Nigar