“Ədalətli və uzunmüddətli həll” Anna Akopyanın nəzərində...



 

SeherXeber.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “ədalətli və uzunmüddətli həll”dən bəhs edib. O, “Qadınların sülh və etibar diplomatiyasının inkişafında missiyası” adlı iclasda bu barədə danışıb: “Dağlıq Qarabağ münaqişəsi ədalətli, sülh yolu ilə uzunmüddətli həllini gözləyir. Demokratik yolla seçilən Ermənistanın siyasi rəhbərliyi bölgədəki düşmənçilik atmosferini tədricən aradan qaldırmaq və bütün bölgə xalqları üçün sülh dövrü başlamaq üçün konstruktiv dialoqa hazırdır. Qadınlar da sülhə nail olmaq üçün alternativ platformalar və strukturlar yarada bilərlər”.

Nigar