Yeni doğulan uşaqlardakı sarılıq beyinə keçə bilir?


15
 

“Yeni doğulmuş körpələrin 70 %-ə qədərində sarılıq müşahidə olunur”.

SeherXeber.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, vaxtından əvvəl doğulanlarda bu hal daha çox qeydə alınır:

“Sarılıq özü də bir sıra risklər daşıyır. Risk dedikdə biz sarılığın beyinə keçməsi və ciddi fəsadlara yol açmasını nəzərədə tuturuq”.