Azərbaycanda yenidoğulmuşlarda koronavirusa yoluxma halları qeydə alınıb


16
 

“Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.

SeherXeber.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, hər yaş qrupunda COVID-19-a yoluxma olur:

“Onlar arasında virusu ağır keçirənlər də var. Böyüklərin əksəriyyətinin vaksinli olması səbəbindən son vaxtlar uşaqlar arasında virusa yoluxmanın artması mənzərəsi yaranır. Eyni zamanda məktəblərin, bağçaların açıq olması da bu məsələyə təsirsiz ötüşmür. Bunun yaxşı tərəfi isə uşaqların böyüklərə nisbətən koronavirusu daha yüngül keçirməsidir”.