Təkrar etməkdən yorulmaq olmaz!



 

İdris Abbasov yazır: "Bayaq Dissertasiya Şəbəkəsinin fəallarından biri içəri girib deyir ki, ay müəllim, siz bir şeyi çox təkrar edirsiniz. Bir dəfə yazdınız, qurtarın da o mövzunu, dərinə getməyin. Külli-aləmi "alim" etmiş "mötəbər" şəbəkənin fəalı başa düşmür ki, həll olunmayan problemi min dəfə təkrar etmək vacibdir, həm də bu, insandan ömür və gərginliyə qatlaşma tələb edir.

Qarabağ problemini bir dəfə deyib üstündən keçsəydik, 30 il sonra nəyəsə nail ola bilərdikmi? Ona görə də, ölkənin elmi ilə yanaşı mənəviyyatını çökdürən alimizm-akademizmin yaratdığı problemlər həllini tapana qədər yaramazlıqları təkrar-təkrar ifşa etməyin hikməti böyükdür!"

SeherXeber.org